8eedc58c-2446-4204-aec1-5c2cd20ad27b..jpg

“Liverpul”dan qələbə, “Nyukasl” ikinci pilləyə yüksəldi – VİDEO

Baxış sayı: 4. 474 dəfə baxılıb.

“Liverpul”dan qələbə, “Nyukasl” ikinci pilləyə yüksəldi – VİDEO

İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilir.

Çempionluğa ənənəvi namizədlərdən sayılan “Liverpul” “Aston Villa”nın qonağı
olub. Mersisaydlılar rəqiblərinə aman verməyiblər. Ev sahiblərinin gücü
buraxılan üç qoldan yalnız birinin əvəzini çıxmağa yetib – 1:3.

Bu il zəif çıxışı ilə yadda qalan “Lester” doğma divarlar arasında
böyükhesablı məğlubiyyətlə üzləşib. Belə ki, mövsümün sürpriz komandası
“Nyukasl” ev sahiblərinin qapısından 3 cavabsız top keçirib – 0:3. Bu nəticədən
sonra qonaq komanda turnir cədvəlində ikinci sıraya yüksəlib.

Turun bu gün baş tutan digər matçlarında “Brentford” ev oyununda “Tottenhem”lə
sülh bağlayıb – 2:2, “Fulhem” “Kristal Pelas”ı (0:3), “Brayton” isə
“Sauthempton”u (1:3) səfərdə məğlub edib.


Source link