c6534872-89f1-4575-b6a3-b7969fc452ed..jpg

“Liverpul”un keçmiş futbolçusu: ”Rafael Benitesə nifrət edirdim”

Baxış sayı: 491 dəfə baxılıb.

“Liverpul”un keçmiş futbolçusu: ”Rafael Benitesə nifrət edirdim”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Liverpul” klubunun keçmiş futbolçusu Stefan Uarnok Rafael Benitesi sərt
tənqid edib.

Məlumata görə, karyerasını 2019-cu ildə başa vuran Stefan komandanın ozamankı
məşqçisi Rafael Beniteslə pis xatirələrinin olduğunu açıqlayıb.

“2004-cü ildə “Liverpul”la ilk oyuna çıxdığım gün komandaya nifrət etdiyimi
düşündüm. Bir müddət sonra isə əslində nifrətimin Rafael Benitesə qarşı
olduğunu anladım. Məşqçi kimi ona hörmət edirdim, amma insan kimi əsla hörmət
etmədim, etməyəcəyəm. Bunun səbəbi isə “Milan”la Çempionlar Liqasının final
görüşündə məni siyahıya əlavə etdiyini deməsi, amma daha sonra iştirak
ərizəsində belə adımın yazılmadığını öyrənməyim oldu”, – deyə o bildirib.

Qeyd edək ki, Stefan Uarnok “Liverpul” klubu ilə bir dəfə İngiltərə Premyer
Liqasının, bir dəfə isə İngiltərə Kubokunun qalibi olub.

Mənbə: Marca.com

Source link