“Liverpul”un qələbəsi üçün qurban kəsəcəklər

“Liverpul”un qələbəsi üçün qurban kəsəcəklər

Baxış sayı: 3. 057 dəfə baxılıb.

“Liverpul” klubunun ulduzu Məhəmməd Salahın ailəsi Çempionlar Liqasının final matçından qabaq qurban kəsəcək.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Forvardın ailəsi bu gün Kiyevdə keçiriləcək finalda Salahın komandasının “Real”a qalib gəlməsi üçün dua edir. Qohumlar eyni vaxtda üç qoyunu qurban kəsəcək.

Mayın 25-də Salahın matç günü oruc tutmayacağı haqqında xəbər yayılıb.

İngiltərə klubunun Salahdan başqa daha iki futbolçusu – Əmrə Can və Sadio Mane müsəlmandır. Onların yaşıl meydana oruclu çıxıb-çıxmayacağı barədə məlumat verilmir.

Final matçı Kiyevin “Olimpiya” stadionunda Bakı vaxtı ilə 22:45-də keçiriləcək.

www.ÇıxışYolu.Com