“Liverpul” rəhbərliyi klubun satılacağı ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib.
ÇıxışYolu.Com xəbər verir ki, klubun mətbuat katibi klub sahibi Con Henrinin belə bir niyyət güdmədiyini bildirib.
O, bu cür söz-söhbətləri spekulyasiya məqsədi ilə dövriyyəyə buraxıldığını deyib.
Qeyd edək ki, C. Henri 2010-cu ildən klubun sahibidir. O, “Liverpul”u 477 milyon dollara alıb.
Hazırda “Forbes” sözügedən İngiltərə klubunu 1,9 milyard dollara qiymətləndirir.