“Liverpul”un və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Con Barns Çempionlar Liqasının final oyununa necə getdiyi barədə açıqlama verib.
“Liverpool Echo” xəbər verir ki, Madridə birbaşa aviareys olmadığından 55 yaşlı Barns öncə Yunanıstana, sonra İspaniyaya getməli olub.
O, Barselonada vağzalda evsiz insanlarla gecələmək məcburiyyətində qaldığını da bildirib.
“Bir neçə saat yerdə evsiz insanların əhatəsində gecələməli oldum. Öz klubumu dəstəkləmək mənim üçün bu dərəcədə vacibdir”, – deyə Barns vurğulayıb.
Qeyd edək ki, Madriddə keçirilən Çempionlar Liqasının finalında “Liverpul” “Tottenhem” üzərində 2:0 hesablı qələbə qazanıb.