Liviyanının paytaxtı Tripolidə seçki komissiyasının baş idarəsində terror aktı törədilib.
ÇıxışYolu.Com xəbər verir ki, bir terrorçu kamikadze özünü binanın girişində partladıb, daha sonra digər terrorçular binaya silahlı basqın edərək, içəridə yanğın törədib.
Hücum nəticəsində azı 12 nəfərin həlak olduğu, bir neçə nəfərin yaralandığı bildirilir.
Terror aktına görə İŞİD qruplaşması məsuliyyəti öz üzərinə götürüb.