Ukraynalı müğənni Svetlana Loboda özünün “Instagram” səhifəsində “Yeni Roma” adlı mahnısının işıq üzü görməyi ilə bağlı etdiyi paylaşımla izləyicilərini təəccübləndirib.
Müğənni mahnının fon şəklində əlləri ilə sağ ayağını tutur və onu yalamağa çalışır. Lakin şəkil istifadəçiləri təəccübləndirib. Belə ki, şəkildən görünür ki, Lobodanın ayağında altı barmaq var.
“Bəs niyə altı barmaq?” – deyə istifadəçinin biri şəklin altında yazıb.
“Svetanın bir az fərqləndiyini bilmirdiniz ki? Bu, altı barmağının olmağıdır”, – digəri cavab verib.
Şəkil artıq 60 min bəyənmə toplayıb.