Rusiyalı müğənni Lolita Milyavskaya və həyat yoldaşı, idmançı Dmitri İvanov boşanmaq qərarına gəliblər.
“Life” xəbər verir ki, cütlük hələ iyul ayından ayrılıb, indi isə bunu rəsmiləşdirmək qərarına gəlib.
Onlar keçmiş münasibətlərinin sadəcə yoxa çıxdığını biildiriblər. Lakin Lolitanın dostları Dmitriyin xəyanətini boşanmaya səbəb kimi göstərirlər.
İdmançı bir müddət əvvəl Belarusda özünə daha cavan məşuqə tapıb və nəticədə onun yanına köçüb. 44 yaşlı İvanovun yeni sevgilisi, cazibədar Olqa Kuliyeva həkim-kosmetoloq işləyir.
Lolita həyatında artıq 5-ci dəfədir ki boşanır.