İngiltərədə hüquq-mühafizə orqanları mərhum rusiyalı oliqarx Boris Berezovskinin dostu və şəriki biznesmen Nikolay Qluşkovun qətli ilə bağlı istintaq aparır.
ÇıxışYolu.Com bu barədə BBC-yə istinadən xəbər verir.
68 yaşlı iş adamının ölüm xəbəri martın 13-də yayılıb. O, öz evində ölü vəziyyətdə aşkarlanıb. Qluşkov 2010-cu ildə Böyük Britaniyada siyasi sığınacaq alıb.
Qluşkovun yaxınlarına polisdən bildiriblər ki, o, “boğaz nayihəsinin sıxılması” (boğulma) nəticəsində dünyasını dəyişib. Hadisə Skripalın ölümü ilə bağlı qalmaqal fonunda baş versə də, hələlik Solsberidə baş vermiş insidentlə biznesmenin qətli arasında hər hansı əlaqə aşkarlanmayıb.
Fakt üzrə araşdırma davam edir.