Britaniya xarici işlər nazirliyi, Rusiyanın britaniyalı diplomatların ölkədən qovulması haqqında qərarının gözlənilən olduğunu bildirib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nazirlikdən bildiriblər ki, gələn həftə Britaniya təhlükəsizlik şurası “Skripal işi” ilə bağlı Rusiyaya qarşı atılacaq növbəti addımları müzakirə edəcək.
Xatırladaq ki, martın 17-də Rusiya hökuməti Britaniya səfirliyinin 23 diplomatını “persona non qrata” elan edib və onların ölkəni tərk etməsinə bir həftə vaxt verib.
Moskva bunun Britaniya baş naziri Tereza Meyin 14 mart tarixində səsləndirdiyi, 23 rusiyalı diplomatın ölkədən qovulacağı ilə bağlı bəyanatına cavab olduğunu bildirib.
Mey Mosvkanı keçmiş rusiyalı zabit Serqey Skripalın zəhərlənməsində əli olduğunu bildirmişdi.