d9f2f41e-5092-4dd8-bbee-f6655ab67991..jpg

London derbisini “Çelsi” qazandı – VİDEO

Baxış sayı: 564 dəfə baxılıb.

London derbisini “Çelsi” qazandı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının 21-ci turunda iki London komandası – “Çelsi” və
“Fulhem” üz-üzə gəlib.

Komandalar Londonun “Stemford Bric” stadionunda qarşılaşıblar.

Birinci hissəyə əlavə olunmuş dəqiqələrdə “Çelsi”nin 21 yaşlı yarımmüdafiəçisi
Koul Palmer penaltini dəqiq yerinə yetirərək hesabı açıb və komandasını önə
keçirib. Palmerin qolu bu görüşdə yeganə olub və “zadəganlar” 1:0 hesablı
qələbə qazanıblar.

Bu matçın nəticəsindən sonra “Çelsi” 31 xal toplayaraq İngiltərə çempionatının
turnir cədvəlində səkkizinci pilləyə yüksəlib. Komanda xalları eyni olan
“Mançester Yunayted”i geridə qoyub, lakin “qırmızı şeytanlar”ın ehtiyatda bir
oyunu var. “Fulhem” isə hazırda 13-cü yerdədir. Komanda 21 oyundan cəmi 24 xal
toplayıb.

Source link