c1d2f833-6f31-4aad-8a47-03cd00a641c0..jpg

London metrosunda “kabus izləri” peyda olub – FOTO

Baxış sayı: 513 dəfə baxılıb.

London metrosunda “kabus izləri” peyda olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya paytaxtının ictimai nəqliyyatını idarə edən “Transport for London”
(“TfL”) şirkəti Londonun nəqliyyat sisteminin “Elizabeth line” xəttinin
platformalarında peyda olan “kabus izləri”ndən qurtulmağa çalışır.

İnsanların siluetlərini xatırladan həmin izlər başqa dünyadan gələnlərə aid
deyil. Sərnişinlər daim kürəklərini divara söykədikləri üçün divarda izlər
formalaşır.

London meriyası məsələ ilə bağlı açıqlama verib:

“TfL” şəbəkəsi üzrə bütün stansiyalarda sərnişinlərin təmiz və təhlükəsiz
mühitdə hərəkətini təmin etmək üçün ciddi təmizlik proqramı var”.

“Elizabeth Line” stansiyalarında oturacaqların arxasındakı divarları
təmizləmək, izləri aradan qaldırmaq və gələcək üçün qorumaqdan ötrü əlavə
yollar axtarır”, – deyə “TfL”dən bildirilib.

Mənbə: bbc.com

Source link