23d268a3-f67b-4e2a-a11c-228b2ad8a85b..jpg

London tarixdə ilk dəfə maliyyə mərkəzi kimi birinciliyi əldən verdi

Baxış sayı: 995 dəfə baxılıb.

London tarixdə ilk dəfə maliyyə mərkəzi kimi birinciliyi əldən verdi

Böyük Britaniyanın paytaxtı London tarixdə ilk dəfə olaraq dünyanın əsas
maliyyə mərkəzi kimi birinci yeri əldən verib.

Hazırda liderliyi Nyu-Yorkla bölüşür.

Bu barədə London administrasiyasının hesabatında qeyd edilir.

London və Nyu-York rəqabətqabiliyyətlilik sahəsində hər biri 60 bal toplayıb.
Eyni zamanda, Londonun indeksi ötən illə müqayisədə bir, Nyu-Yorkun göstəricisi
isə iki bənd artıb ki, bu da ona Britaniya paytaxtı ilə bərabər birinci yeri
tutmağa imkan verib.

London innovasiyalar sahəsində yaxşı göstəricilərə malik olmaqda davam edir.
Həmçinin, Britaniyanın paytaxtı maliyyə fəaliyyətinin miqyası, biznes
infrastrukturu, bacarıqlı maliyyəçilərin cəlb edilməsi və tənzimləmə baxımından
yüksək səviyyəyə malikdir. Nyu-York sərmayə qoyuluşu, sövdələşmələrin
aparılması və davamlı maliyyələşdirmə üçün tələb olunan emissiya həcmi üzrə
yüksək nəticə əldə edib.

Britaniyada ixrac profisiti rekord həddə – 64 milyard funt-sterlinqə (78,8
milyard dollar) çatmasına baxmayaraq, bir çox şirkət Londonda deyil, Nyu-Yorkda
ilkin ictimai təklifə (IPO) doğru istiqamətini dəyişdirir.

Mənbə: Financial Times

Source link