75c2e6ae-c05a-41c0-afc9-ade3be68a033..jpg

Londonda baronessa Koksun və erməni diasporunun növbəti təxribatının qarşısı alınıb – FOTO

Baxış sayı: 515 dəfə baxılıb.

Londonda baronessa Koksun və erməni diasporunun növbəti təxribatının qarşısı
alınıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən
Azərbaycan icması erməni diasporunun və havadarlarının növbəti təxribatının
qarşısını alıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova
bildirib ki, Londonun mərkəzində yerləşən məşhur Karlton Klubu “Ermənistan:
Dağlıq Qarabağın etnik təmizlənməsi” mövzusunda 5 fevral 2024-cü il tarixində
keçirilməsi nəzərdə tutulan tədbirə ev sahibliyi etməyi planlaşdırırdı. Bu
tədbir qatı ermənipərəst, türklüyə və islam dininə düşmən münasibəti bəsləyən
baronessa Karolina Koks, ona dəstək verən lord de Moli TD və Ermənistanın
Birləşmiş Krallıqdakı səfiri Varujan Nersesyan tərəfindən təşkil olunmalı idi.

Bundan xəbər tutan Britaniya Azərbaycanlıları Cəmiyyəti ölkədəki Azərbaycan
İcmasının adından Karlton Klubunun rəhbərliyinə açıq etiraz məktubu göndərib.
Məktubun surəti Britaniya xarici işlər naziri Devid Kemerona, parlament
üzvlərinə, Lordlar Palatasının üzvləri – lord Evans, lord Əhməd, lord Kilkluni,
lord Sarfraz və baronessa Manzila Pola Udinə, Avropa və Şimali Amerika üzrə
nazir Leo Dokertiyə, Britaniya Xarici İşlər Nazirliyinin xüsusi komitəsinin
rəhbəri Alisiya Kernsə, “Mühafizəkarların Səsi” təşkilatının rəhbərliyinə
ünvanlanıb.

Nəzərə çatdırılıb ki, tarixi məkanın əsassız tədbirə ev sahibliyi etməsi
Azərbaycan icmasının dərin narahatlığına səbəb olub. Azərbaycanla Ermənistanın
sülh müqaviləsini imzalamağa yaxın olduğu bir zamanda belə tədbirin təşkilinin
iki ölkə arasında sülh perspektivlərini açıq şəkildə pozduğu, Birləşmiş
Krallığın sülhü dəstəkləyən mövqeyinə və ölkənin xarici siyasətinə tam zidd
olduğu vurğulanıb.

Azərbaycana qarşı etnik təmizləmə iddialarının tamamilə əsassız olduğu, BMT və
Beynəlxalq Qızıl Xaç Komitəsinin faktaraşdırıcı missiyalarının Qarabağda mülki
infrastruktura hər hansı ziyanın dəydiyinə və ya Azərbaycan hakimiyyəti
tərəfindən erməni mülki şəxslərin məcburi köçürüldüyünə dair heç bir fakt aşkar
etmədiyi və sənədləşdirmədiyi bir daha yada salınıb. Bundan başqa, Ermənistanın
Britaniyadakı səfirinin öz ölkəsinin baş naziri Nikol Paşinyanın siyasətinin
əleyhinə olan görüşün təşkilatçıları arasında olması təəccüblü fakt kimi xüsusi
vurğulanıb.

Mötəbər sübutların olmadığı təqdirdə, əsassız ittihamların davam etdirilməsi
nəticəsində xoşagəlməz vəziyyətin yarana biləcəyini, ötən il “Queen Mary”
Universitetinin nümunəsini xatırladan cəmiyyət sədri Karlton Klubunun
rəhbərliyini bu qərəzli tədbiri ləğv etməyə çağırıb.

Karlton Klubunun katibi Simon Robinsonun adından Britaniya Azərbaycanlıları
Cəmiyyətinin sədri Fəridə Pənahovaya ünvanlanan 22 yanvar 2024-cü il tarixli
rəsmi məktubda bu görüşün klubda baş tutmayacağı təsdiqlənib.

“Bu, bizim Britaniya diasporunun erməni diasporu və ermənipərəstlər üzərində
növbəti qələbəsidir”, – deyə Fəridə Pənahova vurğulayıb.

Source link