fabd3de5-fa38-4db5-8426-a4f6d5adf9ef..jpg

Londonda beynəlxalq festivalda Azərbaycanın milli rəqsi coşqu ilə qarşılanıb – FOTO

Baxış sayı: 427 dəfə baxılıb.

Londonda beynəlxalq festivalda Azərbaycanın milli rəqsi coşqu ilə qarşılanıb –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

London şəhərinin əsas meydanı olan Trafalqar meydanında London meriyası
tərəfindən hər il ənənəvi olaraq keçirilən və Ramazan bayramına həsr olunmuş
festival təşkil olunub.

Azərbaycanın Britaniyadakı Səfirliyindən “Report”a bildirilib ki, tədbirdə
müxtəlif xalqların nümayəndələri öz mədəniyyət nümunələrini təqdim ediblər.

Festivalda Azərbaycanı peşəkar xoreoqraf və Britaniyada fəaliyyət göstərən
Azərbaycan rəqsləri məktəbinin təsisçisi Səkinə Muxtarlı təmsil edib.

Onun nümayiş etdirdiyi “Tərəkəmə” milli rəqsi minlərlə tamaşaçı tərəfindən
böyük coşqu ilə qarşılanıb.

Tədbiri işıqlandıran Britaniya mediası Azərbaycan milli geyimində rəqs edən
Səkinə Muxtarlının fotosunu festivalla bağlı xəbərin manşet fotosu kimi təqdim
edib.

Source link