Londonda gənc müsəlman müəmmalı şəkildə qətlə yetirilib

Londonda gənc müsəlman müəmmalı şəkildə qətlə yetirilib

Baxış sayı: 2. 706 dəfə baxılıb.

Böyük Britaniyada 15 yaşlı müsəlman Məhəmməd onun 16 yaşlı dostu Amanın küçə atışmasında öldürülməsi və Məhəmmədin az qala şikəst olması günü haqqında ətraflı danışıb.

ÇıxışYolu.Com “The Daily Mail”ə istinad edərək xəbər verir ki, bir neçə gün əvvəl Londonun şərqində iki məktəbli naməlum maskalı qruplaşmanın hücumuna məruz qalıb.

Aman Şakur üzündən güllə yarası alaraq vəfat edib, onun dostu isə bıçaqla əlindən yaralanıb. Çoxlu qan itirməsinə baxmayaraq, Məhəmməd xoşbəxtlikdən sağ qalıb.

“İlk güllə Amandan yan keçdi, onlar yenə atəş açdılar və onun sol gözünü vurdular. Məhəmmədi sağ əlini iki düym dərinlikdə bıçaqlayıblar”, – zərərçəkmiş oğlanın atası bildirib.

Atanın sözlərinə görə, onun oğlu möcüzə nəticəsində sağ qalıb və hesab edir ki, bu işdə “Müsəlmanın cəzalandırılması günü” qrupunun üzvlərinin əli var.

Uşaqların şərq görünüşlü qohumları, gənc londonlulara hücumun başqa səbəblərini görmürlər.

Polisin qanqsterlərlə toqquşması barədə fərziyyəsini şərh edən ata əlavə edib ki, Məhəmməd heç bir bandanın üzvü deyil, Aman isə yaxşı ailədən olub.

Qeyd edək ki, fevral ayından indiyədək olan dövr ərzində London küçələrində öldürülmüş etnik müsəlmanların sayı artıq ona çatır.

Əli Məmmədov
www.ÇıxışYolu.Com