Londonda kimyəvi hücum: Uşaqlar da daxil olmaqla 10-a yaxın insan xəstəxanalıq
oldu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Britaniya paytaxtının cənubundakı Klapem bölgəsində naməlum şəxsin yoldan
keçənlərə aşındırıcı maddə püskürməsi nəticəsində doqquz nəfər xəsarət alıb.
Yaralılar arasında bir qadın və iki uşaq var, həmçinin üç polis xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır. Cinayətkarın
axtarışları davam edir.
London Assambleyasında Leyboristlər Partiyasını təmsil edən siyasətçi Marina
Əhməd özünün “X” səhifəsində cinayəti törədən şəxsin insanların üzərinə atdığı
kimyəvi maddənin sulfat turşusu olduğunu yazıb.
Mənbə: Sky News