Londonda “Səfillər” tamaşasında qalmaqal: İnqilab səhnəsinə real etirazçılar
çıxdılar – VİDEO
Britaniya paytaxtında “Sondheim” teatrında keçirilən “Səfillər” müzikli zamanı
qalmaqal yaşanıb. Belə ki, tamaşada inqilab səhnəsi zamanı “Just Stop Oil”
təşkilatının ekofəalları aksiya keçiriblər.
Ancaq bu hərəkət tamaşaçıların xoşuna gəlməyib – onlar səhnəyə çıxan fəalları
fitə basıblar. Bundan başqa, tamaşaçılar onları “axmaq” adlandıraraq, səhnədən
düşmələrini tələb ediblər. Bir tamaşaçı isə fəallardan birinin əlindən
təşkilatlarını təmsil edən bayrağını alıb.
Qeyd edək ki, Fransa inqilabından bəhs edən bu tamaşanın biletlərinin qiyməti
200 funt-sterlinqə (təxminən 412 manat) qədər olub.
Fəallar neft hasilatı zamanı ətraf mühitə karbohidrogen emissiyaları
problemlərinə diqqət çəkmək üçün tamaşanı dayandırdıqlarını deyiblər. Onlar
bildiriblər ki, bu problem iqlim dəyişikliyinə, məhsul çatışmazlığına və aclığa
gətirib çıxardır.
Mənbə: MK.RU