acd7887d-19c2-4390-bb36-d0184621b32a.jpg

Los-Anceles məhkəməsi Snup Doqqa qarşı cinayət işi ilə bağlı qərar verdi

Baxış sayı: 280 dəfə baxılıb.

ABŞ-də Los-Anceles məhkəməsi reper Snup Doqqa (əsl adı Kelvin Kordozar Brodus)
qarşı cinayət işini rəsmi şəkildə bağlayıb.

Bu barədə Cixisyolu.com TMZ-yə istinadən xəbər verir.

Tabloidin məlumatına görə, reper şəxsən hakimdən bütün sənədləri
arxivləşdirməyi xahiş edib. O, 2024-cü ilin yanvarında məhkəməyə müraciət
ünvanlayıb və razılıq əldə edilib.

Söhbət 1993-cü ildə Snup Doqla rəqabət aparan dəstə üzvlərindən biri Filipp
Voldermariamın ölümü ilə nəticələnən cinayətdən gedir. O zaman reper hələ
musiqi yolunun başlanğıcında idi. O, repçinin ilk hitlərindən biri olan “Murder
Was The Case” mahnısının qeyd edildiyi MTV mükafatlarının təqdimetmə
mərasimindən sonra həbs edilib. Bu kompozisiyada məhz 1993-cü il hadisələrinin
tarixçəsi təsvir edilirdi.

Üç il sonra istintaq müəyyən etmişdi ki, cinayətin günahkarı Snup Doqqun
mühafizəçisidir. Reperin üzərindən bütün ittihamlar qaldırılıb, lakin ancaq 28
il sonra musiqiçi məhkəmədən ona qarşı cinayət işinə xitam verilməsini istəyib.

Qeyd edək ki, avqustun 9-da Snup Doqq, Billi Ayliş və “Red Hot Chili Peppers”
Parisdə Olimpiya Oyunlarının bağlanış mərasimində çıxış ediblər. KİV-in
məlumatına görə, ifaçıların bu cür seçimi onların növbəti Yay Olimpiya
Oyunlarının keçiriləcəyi ABŞ ilə əlaqəli olmaları ilə izah edilib. Doq həmçinin
olimpiya məşəlinin estafetində də iştirak edib.

Source link