“Lotu Quli”nin yaxın adamını öldürən şəxs istintaq təcridxanasına köçürüldü
Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamını
qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun cinayət işi üzrə məhkəmə
iclası keçirilib.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş
Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket
məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxs saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin
İstintaq Təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq
Təcridxanasına köçürülməsini istəyib. Məhkəmədə onun vəsatəti təmin olunub.
Qərara əsasən, Camal Həsənov Ədliyyə Nazilriyinin Penitensiar Xidmətinin 1
saylı İstintaq Təcridxanasına köçürülüb.
Məhkəmə baxışı aprelin 15-nə təyin edilib.
Qeyd edək ki, Camal Həsənov 2017-ci ildə Rusiyada Cabir Həsənovu qətlə
yetirib. O, ötən il Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən
tutulub.
“Yeraz Camal” ləqəbi ilə tanınan Camal Həsənov mərhum Rövşən Caniyevin
(Lənkəranski) yaxın adamı olub.
Xatırladaq ki, “qanuni oğru” R.Caniyev 2016-cı ilin avqustunda İstanbulda
qətlə yetirilib N.Səlifov isə 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə
Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq öldürülüb.