a90eedb5-cdc3-40cc-9998-d37480df8f1a..jpg

“Lotu Quli”nin yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Baxış sayı: 571 dəfə baxılıb.

“Lotu Quli”nin yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm
oxunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamını
qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənova hökm oxunub.

“Report” xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Camal Həsənov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Cövdət Mehrəliyev təqsirləndirilən şəxsin 19 il
müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Camal Həsənov 2017-ci ildə Rusiyada Cabir Həsənovu qətlə yetirib. O, ötən il
Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

“Yeraz Camal” ləqəbi ilə tanınan Camal Həsənov mərhum Rövşən Caniyevin
(Lənkəranski) yaxın adamı olub.

Xatırladaq ki, R.Caniyev 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib,
N.Səlifov isə 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Antalyada yerləşən
hotellərdən birində başından dörd güllə vurularaq öldürülüb.

Source link