fa39018b-3595-47f9-9d2b-8662fba98671..jpg

Lourens Broers: “ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq səyləri daha da artıb” – FOTO

Baxış sayı: 1. 026 dəfə baxılıb.

Lourens Broers: “ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq
səyləri daha da artıb” – FOTO

“ABŞ Brüssel formatı müvəqqəti dayandırılan zaman danışıqlar prosesinin
dəstəklənməsində əsas rol oynayaraq, Azərbaycan və Ermənistan arasında
münasibətlərin normallaşmasında daha fəal rol oynamağa başlayıb”.

Bunu “Report”a açıqlamasında Qafqazdakı münaqişələri araşdıran britaniyalı
politoloq Lourens Broers deyib.

Onun sözlərinə görə, ötən ayın əvvəlində Azərbaycan və Ermənistanın xarici
işlər nazirləri Vaşinqtonda indiyədək görünməmiş müddətdə danışıqlar aparıblar
və görünür ki, münasibətlərin normallaşması istiqamətində müəyyən irəliləyiş
əldə ediblər:

“Bunun ardınca isə mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan
baş nazir Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel
arasında baş tutan görüşlə Brüssel formatı bərpa olunub. Görünən odur ki,
“Avro-Atlantik” treki bir neçə aylıq fasilədən sonra yenidən işə düşüb”.

L.Broers qeyd edib ki, bu, həm tərəflərin danışıqlar masasına qayıtması, həm
də dövlətlərarası səviyyədə olan çox sayda məsələlərin həlli baxımından
vacibdir:

“Bura Azərbaycan və Ermənistan arasında razılaşmanın əldə edilməsinin mümkün
olduğu sərhədlərin delimitasiyası və humanitar məsələlər daxildir”.

“ABŞ-nin uzun illərdən sonra ilk dəfə bu işdə belə fəal iştirak etməsi də
vacibdir. ATƏT-in Minsk qrupunun dağılmasından sonra Avropa və ABŞ Ermənistanla
Azərbaycan arasında sülhün bərqərar edilməsi üzrə danışıqlara sadiqliklərini
artırıblar. Bu da həm Bakıda, həm də İrəvanda müsbət qarşılanır”, – o əlavə
edib.

Source link