Löv İngiltərə çempionunu mundialsız qoydu

Löv İngiltərə çempionunu mundialsız qoydu

Baxış sayı: 3. 254 dəfə baxılıb.

Almaniya millisinin DÇ-2018 üçün yekun iştirak ərizəsi açıqlanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, baş məşqçi Yoaxim Löv ilkin heyətdə adları yer alan oyunçulardan Bernd Leno, Conatan Ta, Lerua Sane və Nils Peterseni “23-lüy”ə daxil etməyib.

Bunlardan xüsusən “Mançester Siti” ilə İngiltərə çempionu olmuş Sanenin yekun heyətə düşə bilməmədi çoxlarını təəccübləndirib.

Qapıçılar: Manuel Noyer (“Bayern”), Mark-Andre Ter Şteqen (“Barselona”, İspaniya), Kevin Trap (PSJ, Fransa);

Müdafiəçilər: Jerom Boatenq, Mats Humels, Yozua Kimix, Niklas Züle (hamısı “Bayern”), Matias Qinter (“Borusiya” M), Yonas Hektor (“Köln”), Marvin Platenhardt (“Herta”), Antonio Rüdiqer (“Çelsi”, İngiltərə);

Yarımmüdafiəçilər: Yulian Brandt (“Bayer”), Yulian Draksler (PSJ, Fransa), Leon Qoretska, Sebastyan Rudi (hər ikisi “Bayern”), İlkay Gündoğan (“Mançester Siti”, İngiltərə), Sami Kedira (“Yuventus”, İtaliya), Toni Kroos (“Real”, İspaniya), Məsut Özil (“Arsenal”, İngiltərə);

Hücumçular: Mario Qomes (“Ştutqart”), Marko Roys (“Borusiya” D), Timo Verner (“Leyptsiq”), Tomas Müler (“Bayern”).

Qeyd edək ki, Almaniya millisinin kapitanı ağır zədədən sonra Avstriya ilə yoldaşlıq oyununda meydana çıxan qapıçı Manuel Noyer olacaq.

S.T.
www.ÇıxışYolu.Com