Azərbaycan millisi çox təhlükəli komandadır. Bu seçmə mərhləsinin əvvəlidir. Bizim üçün yaxşı start götürmək vacibdir.
ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Xorvatiya millisinin futbolçusu Luka Modriç deyib.
“Mən Azərbaycanla oyunu xatırlayıram. Onlar sona qədər mübarizə aparırdılar. Sabah azarkeşlərimiz sevindirməyə çalışacağıq”, – deyə o sözlərinə əlavə edib.
Öz növbəsində Xorvatiya millisinin baş məşqçisi qeyd edib ki, rəqibə hörmətlə yanaşırlar.
“Bizə asan rəqib düşməyib. Azərbaycan millisinə Nikola Yurçeviç rəhbərlik edir. O komandanı yaxşı tanıyır və bizə çətinliklər yaradacaq. Hazırlıq üçün az vaxtımız olub. Favorit olduğumuzu bilirik, ancaq diqqətli və səbrli olmalıyıq, – deyə o bildirib”.
Qeyd edək ki, millimizin Xorvatiya ilə görüşü martın 21-də yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə 23:45) başlayacaq.