Rusiyada keçirilən futbol üzrə dünya çempionatının bombardirlər cədvəlində ikihakimiyyətlilik yaranıb.
ÇıxışYolu.Com xəbər verir ki, hazırda Moskvanın “Spartak” stadionunda davam edən Belçika – Tunis matçında iki qol vuran Romelu Lukaku qollarının sayını dördə çatdırıb.
İlk matçda Panamanın qapısına da iki qol vurmuş konqoəsilli futbolçu bununla da mundialın ən sərrast futbolçusu Kriştianu Ronalduya çatıb. Belə ki, hər iki futbolçu ən çox – dörd qol vurub.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com