Lukaşenko: Bizdə Azərbaycandakı qədər pul yoxdur

Baxış sayı: 2. 897 dəfə baxılıb.

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün baş nazir Sergey Rumasla Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlıq məsələsini müzakirə edib. 

ÇıxışYolu.Com “Telegraf.by”a istinadla xəbər verir ki, onun sözlərinə görə, sentyabrın 4-də Avropa Olimpiya Komitəsinin prezidenti Yanez Koçiyançiçlə görüşüb və turnirin problemlərini müzakirə edib. 

Lukaşenko: Bizdə Azərbaycandakı qədər pul yoxdur

“Azərbaycan bu çempionata çoxlu maliyyə ayırdı. Biz böyük xərclərdən qaçmalıyıq (Bizdə bu qədər pul yoxdur)”, – prezident bildirib. 

Onun fikrincə, Minskdəki Avropa Oyunları “öz ucuzluğu, dövlətimizin və xalqımızın açıqlığı ilə seçilməlidir”. 

Sergey Rumasın Belarus Futbol Federasiyasına rəhbərlik etdiyini nəzərə alaraq, Aleksandr Lukaşenko bu sahədəki vəziyyətlə də maraqlanıb. 

www.ÇıxışYolu.Com