Lukaşenko: Rusiya ilə birləşməyə hazırıq

Baxış sayı: 4. 472 dəfə baxılıb.

Lukaşenko: Rusiya ilə birləşməyə hazırıq

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə inteqrasiya ideyasına yenidən baxmağa hazır olduğunu bəyan edib.

Bu barədə “BELTA” məlumat yayıb.

Belarus lideri martın 5-də inteqrasiya strukturlarında iştirak və Avropa təşkilatları ilə əməkdaşlıq məsələləri üzrə toplantıda çıxış edib.

“Belarus ittifaqın qurulması ideyasına tamamilə sadiqdir. Bunu ilk növbədə bizim Rusiya Federasiyasındakı tərəfdarlarımız və əleydarlarımızın eşitməsini istəyirəm”, – deyə Belarus lideri söyləyib.

Lukaşenkonun sözlərinə görə, belə bir potensial ittifaqda başlıca prinsip bütün vətəndaşlar üçün bərabər şərtlərin təmin olunması və “suverenlik postulat”ıdır.  

“Biz buna hazırıq. Birləşmə proseslərinin inkişaf etdirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün hökumətlər səviyyəsində  qruplar yaradılıb”, – deyə A.Lukaşenko qeyd edib.