Belarus Prezidenti Aleksandr Lukaşenko Milli Olimpiya Komitəsinin iclasında uğursuz çıxış edən idmançılar haqqında danışıb.
Prezidentin rəsmi saytı bu barədə məlumat yayıb.
Lukaşenko bildirib ki, 2019-cu ildə belarus idmançıları dünya çempionatlarında Olimpiya proqramına aid olan növlər üzrə cəmi 8 medal qazanıblar. O deyib ki, idmançılar üçün hər cür şərait yaradılıb. İdmançıların başqa nəyə ehtiyacı olduğu ilə maraqlanıb.
Bundan başqa, Lukaşenko idman sahəsində cavabdeh olan məmurlara gələn il Tokioda keçiriləcək Olimpiya oyunları ilə bağlı xəbərdarlıq edib:
“Əgər siz turistlər kimi ora gedib, əliboş qayıdacaqsınızsa, ən yaxşısı, qayıtmayın. Mən bunu sizə Prezident kimi deyirəm”.