“LUKOYL”un sabiq prezidenti və Baş icraçı direktoru Prezident İlham Əliyevi
təbrik edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid
Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.
AZƏRTAC
xəbər verir ki, məktubda deyilir:
“İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim.
Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən ardıcıl dərin islahatlar və
müasirləşdirmə siyasəti, ölkə iqtisadiyyatının davamlı və balanslaşdırılmış
inkişafının təmin edilməsi üzrə düşünülmüş tədbirlər sistemi bütün dünya
tərəfindən qəbul olunur. Respublikada energetika və inşaat kompleksləri, yüngül
və ağır sənaye, nəqliyyat infrastrukturu, sosial, elm və mədəniyyət sahələri
uğurla inkişaf etdirilir.
“LUKOYL” şirkətinin Azərbaycandakı fəaliyyətinə göstərdiyiniz diqqətə görə
Sizə dərin minnətdarlığımı bildirirəm. Cari layihələr üzrə öhdəlikləri tam
həcmdə yerinə yetirmək, eləcə də Azərbaycandakı tərəfdaşlarımızla uzunmüddətli
əməkdaşlığımızı genişləndirmək və möhkəmləndirmək üçün əlimizdən gələni
edəcəyik.
Zati-aliləri, icazə verin, Sizə uzun ömür və möhkəm cansağlığı, xoşbəxtlik,
firavanlıq, tərəqqi, Azərbaycan Respublikasının inkişafı və onun dost xalqının
rifahının daha da yaxşılaşdırılması naminə ali dövləti vəzifənizdə yeni uğurlar
arzulayım”, – məktubda deyilir.
Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin Baş icraçı direktoru Vadim
Vorobyov da Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“İcazə verin, doğum gününüz münasibətilə “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin
rəhbərliyi adından və şəxsən öz adımdan Sizi ən səmimi arzularımla təbrik edim.
Zəngin və peşəkar təcrübəniz, təşkilatçılıq istedadınız, şəxsi
keyfiyyətləriniz Sizə ölkədə və ölkədən kənarda həmkarlarınızın,
tərəfdaşlarınızın layiqli hörmətini qazandırıb. Bu gün Azərbaycan Sizin
rəhbərliyinizlə dayanıqlı və dinamik inkişaf nümayiş etdirir. Aktual dövlət
vəzifələri uğurla icra edilir, investisiya mühitinin yaxşılaşdırılmasına və
xarici tərəfdaşlarla iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinə yönəlmiş
ardıcıl fəaliyyət həyata keçirilir.
Fürsətdən istifadə edərək Azərbaycan Respublikasında “LUKOYL”un fəaliyyətinə
şəxsən göstərdiyiniz dəstəyə və daimi diqqətə görə Sizə dərin minnətdarlığımı
bildirirəm. İcazə verin, Sizi əmin edim ki, biz iki ölkənin maraqları naminə
qarşılıqlı əməkdaşlığı bundan sonra daha fəal şəkildə inkişaf etdirmək
niyyətindəyik.
Zati-aliləri, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və ali
dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm”, – məktubda deyilir.