Lüksemburq Rusiyadakı səfirini geri çağırıb

Lüksemburq Rusiyadakı səfirini geri çağırıb

Baxış sayı: 2. 846 dəfə baxılıb.

Lüksemburq Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırır.

ÇıxışYolu.Com xəbər verir ki, ölkənin xarici işlər naziri Jan Asselbornun sözlərinə görə, Lüksemburq Sergey Skripalın İngiltərədə zəhərlənməsi ilə əlaqədar olaraq rus diplomatlarını geri göndərmək fikrində deyil.

Qeyd edək ki, Avropa Birliyinin 16 ölkəsi, həmçinin ABŞ, Kanada, Norveç, Ukrayna və digər ölkələr, Solisberidəki hadisə ilə əlaqədar rus diplomatları geri göndərməyə qərar verib. Beləliklə, bu dövlətlər Böyük Britaniyanın qərarına qoşulmuş olublar.

Rusiya Xarici İşlər Nazirliyi rusiyalı diplomatların geri çağırılmasını “düşmənçilik və təxribatlı bir addım” adlandırıb və ayrıca cavab tədbirləri hazırlamağa söz verib.

Kremldə qeyd ediblər ki, Moskva bu vəziyyətdə qarşılıqlılıq prinsipi ilə hərəkət edəcək.

www.ÇıxışYolu.Com