1f7713d3-1a2b-4bd9-8b2a-a1ed05708063.webp

Lütvəli Babayevin biznesmen oğlu Türkiyəyə QAÇIB: İki milyonluq yeyintidə HƏBSLƏR VAR

Baxış sayı: 176 dəfə baxılıb.

Paytaxtda tikinti şirkətinin rəhbərinin 2 milyon manatdan artıq pulunu
mənimsəyən Aruz Əliyev və Ehtiram Kərimovun cinayət işinin ilk məhkəmə hazırlıq
iclası keçirilib.

Cixisyolu.com-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə
Kərimovanın sədrliyi ilə keçirilən iclasda ittiham olunan şəxslərin anket
məlumatları dəqiqləşdirilib.

Hər iki təqsirləndirilənlərin müdafiəçiləri vəsatətlə çıxış edərək,
müvəkkilləri barədə seçilmiş həbs qətimkan tədbirinin alternativ qətimkan
tədbiri ilə dəyişdirilməsini məhkəmədən xahiş ediblər. Buna münasibət bildirən
dövlət ittihamçısı, vəsatətlərin qəbul olunması üçün hər hansı bir əsasın
olmadığını bildirərək cinayət işinin məhkəmə istintaqına verilməsini istəyib.

Vəkillərin vəsatətləri növbəti proseslərdə müzakirə olunanadək açıq qalıb.
Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş qismində tikinti şirkətinin sahibi olan
Babəli Babazadə tanınıb. Araşdırmalarla müəyyən edilib ki, Babəli Babazadə
idarə etdiyi tikinti şirkətinin 1 milyon manat vergi borcunun olması barədə və
bu vəziyyətdən mövcud çıxış yolunu axtarmaq məqsədilə tanışları Aruz Əliyev və
Ehtiram Kərimovdan yardım istəyib. Əvvəllər “Uniklinika”da baş həkim işləmiş
Aruz Əliyev yaranmış borcdan yaxa qurtarmaq üçün onun ölkə hüdudlarından
uzaqlaşmağı məsləhət görüb.

Aruz Əliyev və Ehtiram Kərimov müvafiq sənədləşmə məsələlərində Babəli
Babazadəyə yaxından dəstək olaraq, onun ölkədən çıxmağına nail olublar. Babəli
Babazadə paytaxtdakı əmlaklarının idarə edilməsini Aruz Əliyev və Ehtiram
Kərimova etibar edib. Onlar bu etibardan istifadə edərək, iş adamına məxsus
əmlakı 2 milyon manata sataraq şəxsi məqsədlərinə istifadə ediblər. Babəli
Babazadənin şikayəti əsasında hər iki şəxs saxlanılaraq, barələrində Cinayət
Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, Babəli Babazadə sonuncu dəfə Zərdabın icra başçısı
vəzifəsində çalışıb.

Elgün Həsənli

Source link