Məhkumlar səs verdi - YENİLƏNİB + FOTO + VİDEO

Məhkumlar səs verdi – YENİLƏNİB + FOTO + VİDEO

Baxış sayı: 1. 920 dəfə baxılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 32 saylı Suraxanı 3 seçki dairəsinin 31 saylı seçki məntəqəsində də məhkumlar səs vermədə iştirak edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu məntəqədə ümumi olaraq 833 nəfər məhkum səs verib.

Onlardan 778 nəfər məhkum, 55 nəfəri həqiqi hərbi xidmətdə olanlardır.

Məntəqə sədri Əliyev Səbuhi bildirib ki, keçirilən səsvermədə 300-dən çox məhkum seçkidə iştirak edib:

“Bu zamana qədər artıq 833 nəfər məhkumdan 300-dən çoxu səs verib. Seçkilər tam aydın və qaydalara uyğun şəkildə keçirilir. Məhkumlar öz namizədlərini sərbəst şəkildə seçirlər”.

Məhkumlar səs verdi - YENİLƏNİB + FOTO + VİDEOMəhkumlar səs verdi - YENİLƏNİB + FOTO + VİDEOMəhkumlar səs verdi - YENİLƏNİB + FOTO + VİDEO

12:21

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 14 saylı Xəzər seçki dairəsinin 40 saylı seçki məntəqəsində məhkumlar səs veriblər. 

ÇıxışYolu.Com xəbər verir ki, səsvermədə 1000 nəfər məhkum iştirak edir.

Onlardan 700 nəfəri artıq səs verib.

Məhkumlar səs verdi - YENİLƏNİB + FOTO + VİDEOMəhkumlar səs verdi - YENİLƏNİB + FOTO + VİDEOMəhkumlar səs verdi - YENİLƏNİB + FOTO + VİDEO

Məntəqə sədri Şahaddin Mustafayev seçkilərin qaydalara tam uyğun şəkildə keçirildiyini deyib:

Məhkumlar səs verdi - YENİLƏNİB + FOTO + VİDEO“Məntəqə sədri kimi deyə bilərəm ki, seçkilər tamhüquqlu və şəffaf şəkildə keçirilir. Məhkumlar onlara yaradılan şəraitdən tam razıdırlar”.

10:52

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında məhkumlar prezident seçkiləri ilə bağlı səsverməyə başlayıblar.

ÇıxışYolu.Com xəbər verir ki, fəaliyyət göstərən cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 14 seçki dairəsi üzrə 26 seçki məntəqəsində 8:00-da səsverməyə start verilib.

Məhkumlar onlara yaradılan şəraitdən istifadə edərək səsverməyə qatılıblar.

28 saylı Sabunçu seçki dairəsinin 38 saylı seçki məntəqəsində Bakı İstintaq Təcridxanasında da məhkumlar səs verirlər.

Bu məntəqədə 1067 məhkum səsverməyə qatılıb. Bu saata 400-ə yaxın məhkum səsvermədə iştirak edib.

Səsvermə prosesində iştirak edən məhkum Alışov Cahangir  bu gün seçkilərin mütəşəkkil formada keçirildiyini deyib. O bildirib ki, şəffaf formada keçirilən səsvermədə artıq öz namizədini seçib:

“Bu gün Azərbaycanda prezident seçkiləri günüdür. Mən də bir məhkum vətəndaş olaraq səsvermə prosesində iştirak etdim. Demokratik şəraitdən istifadə edirik, hər kəs öz istədiyi namizədə səs verir. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Məhkum Fətəliyev Habil də səsvermənin qanunlara tam uyğun şəkildə keçirildiyini qeyd edib:

“Burada hər bir şəxs öz seçici hüququndan tam şəkildə istifadə edir. Mən də məhkum olaraq iştirak etdim və öz namizədimi seçdim”.

Digər məhkum Tərlan Comərdov da seçkilərin normal şəkildə keçirildiyini deyib:

“Hər kəs öz istədiyi namizədə səs verir. Hər birimizə yüksək səviyyədə şərait yaradılıb. Sərbəst seçim edirik. Bizə yaradılan şəraitə görə rəhbərliyə minnətdarıq”.

37 saylı məntəqənin sədri İxtiyar Hüseynov deyib ki, seçkilər aparılır, səsvermədə siyahıda olanlar səs verirlər.

Həmin təcridxanada qurulan 38 saylı məntəqənin sədri Aslan Mirzəyev bildirib ki, məntəqədə seçicilər aktiv iştirak edirlər:

“İndiyə kimi 25 faiz səs verib. Pentensiar xidmətin rəhbərliyi də normal şərait yaradıb. Məhkumlar gizli səsvermə yolu ilə öz seçimlərini edirlər”.

.
Foto: Elnur Uğur
www.ÇıxışYolu.Com