Mərkəzi Bank fond birjasına 150 milyon manatlıq not çıxardı

Mərkəzi Bank fond birjasına 150 milyon manatlıq not çıxardı

Baxış sayı: 2. 660 dəfə baxılıb.

Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankın 150 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

ÇıxışYolu.Com BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı 18 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01 faiz) olan 21 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 788 035 200,00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01 faiz), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 150 000 000 AZN təşkil edib. Notlar mayın 2-də ödəniləcək.

.
www.ÇıxışYolu.Com