Məşhurlardan cinsi istismara daha bir etiraz – FOTO

Məşhurlardan cinsi istismara daha bir etiraz – FOTO

Baxış sayı: 9. 856 dəfə baxılıb.

Musiqi sahəsində xüsusi nüfuza malik olan “Brit” mükafatları dünən gecə sahiblərinə verilib.

ÇıxışYolu.Com xəbər verir ki, tədbirdə beş nominasiya üzrə yarışan Kosovalı Dua Lipa “Ən yaxşı ingilis qadın sənətçi” və “Ən yaxşı çıxış edən ingilis sənətçi” mükafatlarını qazanıb.

24 yaşlı repçi Stormzi “Ən yaxşı ingilis kişi sənətçi”, amerikalı Kendrik Lemar isə “Ən yaxşı beynəlxalq kişi sənətçi” nominasiyası üzrə qalib olublar.

Gecədə iştirak edən Kayli Minoq, Castin Timberleyk, Ed Şeran, Rita Ora, Kelvin Harris, Kamilla Kabello, Heyli Bolduin cinsi istismara qarşı etiraz ediblər. Onlar qadınlarla kişilərin bərabər olduqlarına diqqət çəkmək üçün qırmızı xalıda bəyaz güllərlə diqqət çəkiblər.

.
www.ÇıxışYolu.Com