Mətanət İsgəndərli: Qızım ana olmaq istəmir

Mətanət İsgəndərli: Qızım ana olmaq istəmir

Baxış sayı: 8. 254 dəfə baxılıb.

Əməkdar artist Mətanət İsgəndərli Türkiyə vətəndaşı ilə ailə quran qızı Ülkər barədə danışıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, “Show time” verilişinə qonaq olan müğənni bildirib ki, qızı tezliklə ana olmaq istəmir:

“Qızım ərə gedib. Özümə deyirəm ki, indikilər nə qədər bilirlər. Bizim dövrümüzdə belə şeylər yox idi. İndikilər deyir ki, hələ ana olmaq istəmirik. Mən də başa düşə bilmirəm ki, bu nə olan şeydi? Bunların bilmişliyinə bax” deyə müğənni bildirib.

Qeyd edək ki, M.İsgəndərlinin qızı Ülkər Engin adlı bəylə ailə qurub. Cütlüyün qız toyu ötən ilin sentyabrında, oğlan toyu isə ötən ilin noyabr ayında Antalyada olmuşdu.

.
www.ÇıxışYolu.Com