Məcburi köçkünlərin işlə təmin olunması üzrə layihənin ilk mərhələsi başa
çatıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Dünya
Bankının əməkdaşlığı çərçivəsində bu ilin ikinci yarısında icrasına başlanılmış
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” qrant
layihəsinin ilkin mərhələsi – iştirakçıların qeydiyyatı və seçim mərhələsi başa
çatıb.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin
Qarabağ iqtisadi rayonu üzrə Xüsusi Nümayəndəliyinin, Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK)
Azərbaycandakı Nümayəndəliyinin təmsil olunduğu Seçim Komitəsinin iclasında
layihədə iştirak üçün müraciət edən məcburi köçkünlər arasından seçilmiş 364
benefisiar təsdiq olunub. Onlar müxtəlif peşələr üzrə bilik və bacarıqlara
yiyələnəcək, biznes dəstəyi əldə edəcək, həmçinin, iş yerləri və özünüməşğulluq
imkanları ilə təmin olunacaqlar.
Ümumilikdə layihədən 1 000 nəfərdən çox benefisiarın bəhrələnməsi nəzərdə
tutulub.