Fövqəladə Hallar Nazirliyi Pirşağı qəsəbəsində yerləşən “Gilavar” sanatoriyasında baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən ÇıxışYolu.Com-a verilən məlumata görə, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən və hazırda fəaliyyət göstərməyən “Gilavar” sanatoriyasının ərazisində məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan iki otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları 18 m² sahədə yanıb.
Yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənən otaqlardan 55 nəfər sakin FHN-nin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyyə edilib. Bina yanğından mühafizə olunub.
Yanğın söndürülüb.