Məcnun Məmmədov: “Azərbaycanda ötən il 160 min hektara yaxın sahə məhv olub”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə su çatışmazlığından məhv
olub”.
“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı Su
Həftəsi Beynəlxalq Konfransının (“Baku Water Week Conference”) açılış
mərasimində deyib.
“Dünyada su ehtiyatlarının təxminən 70%-i kənd təsərrüfatında istifadə edilir
və Azərbaycan da bu mənada istisna deyil”, – nazir qeyd edib.
Onun sözlərinə görə, dünyada baş verən və hazırda da davam edən iqlim
dəyişikliyi Azərbaycana təsirsiz keçmir:
“Biz bu çağırışı ciddiyə almalıyıq, daha da hazırlıqlı olmalıyıq. Azərbaycanda
təxminən 1,5 milyon hektar suvarılan sahələr var ki, onların da 78%-i birillik
əkinləri əhatə edir, 9%-i çoxillik və təxminən 13%-i örüş sahələridir”.
M.Məmmədov əlavə edib ki, ölkədə istehsal olunan kənd təsərrüfatı
məhsullarının təxminən 90%-i məhz suvarılan sahələrdən əldə olunur.