7a9508d3-2923-414b-bfc8-34e23727d17d.jpg

Məcnun Məmmədov: “COP29-da iqlimə uyğun kənd təsərrüfatı mövzusuna xüsusi toxunulacaq”

Baxış sayı: 297 dəfə baxılıb.

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 19-da “Qida, Kənd Təsərrüfatı və
Su Günü”ndə də iqlim dəyişikliyi və iqlimə uyğun kənd təsərrüfatı mövzusuna
xüsusi toxunulacaq”.

“Report” xəbər verir, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim
Fəaliyyəti Həftəsinin 2-ci günündə deyib.

O bildirib ki, fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü məhz kənd
təsərrüfatı sahəsində iqlim dəyişikliyinə uyğunlaşmanı dəstəkləmək məqsədilə
yaradılıb:

“Bu təşəbbüs kənd təsərrüfatı, qida və su ilə bağlı mövcud təşəbbüsləri,
koalisiyaları və şəbəkələri bir araya gətirərək bir növ aqreqator rolunu
oynayacaq. Məqsədimiz bu sahədə təcrübə mübadiləsini təmin etmək, sinerjiləri
və boşluqları müəyyən etmək, iqlim maliyyələşdirmə imkanlarını asanlaşdırmaq və
yerli icmalarla, xüsusilə kənd yerlərində qadınları gücləndirməklə əməkdaşlığı
təşviq etməkdir”.

Nazir qeyd edib ki, fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü çərçivəsində
kənd təsərrüfatının davamlı inkişafı, həm yerli, həm də qlobal səviyyədə iqlim
dəyişikliyinə qarşı mübarizədə mühüm bir rol oynayacaq:

“Bu təşəbbüsün əsas məqsədlərindən biri də kənd icmalarını gücləndirmək və
onları iqlim dəyişikliyinə qarşı daha davamlı etməkdir.

Bu məqsədə çatmaq üçün beynəlxalq təşkilatlarla, çoxtərəfli inkişaf bankları
ilə sıx əməkdaşlıq etmək və yerli fermerlərə iqlimə uyğun texnologiyalar və
biliklər təqdim etmək böyük əhəmiyyət daşıyır. Bu mənada ölkəmiz üçün xüsusi
önəm kəsb edən Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü Azərbaycanda iqlim
dostu kənd təsərrüfatı texnologiyalarının tətbiqinə böyük töhfə verəcək”.

Source link