8b4f4776-c0c1-4b65-ad34-990e02d03d5d..jpg

Məcnun Məmmədov türk iş adamlarına Ələt İqtisadi Zonası ilə bağlı çağırış edib

Baxış sayı: 540 dəfə baxılıb.

Məcnun Məmmədov türk iş adamlarına Ələt İqtisadi Zonası ilə bağlı çağırış edib

Türk iş adamları xüsusi investisiya güzəştləri təklif edən, yeni yaradılmış
Ələt İqtisadi Zonasında əməkdaşlıq quraraq, beynəlxalq ixrac standartlarına
cavab verən və müasir texnologiyalarla təchiz olunan, Türk Dövlətləri
Təşkilatının brendinə çevriləcək birgə müəssisələr yaratmaq imkanlarını
nəzərdən keçirə bilərlər.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda
keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda bildirib.

“Hesab edirəm ki, iş adamlarımız infrastruktur layihələrindən və əlverişli
investisiya mühitindən faydalanaraq ixrac coğrafiyamızı daha da
genişləndirməlidirlər. Biz, həmçinin öz ölkələrimizdə təşkil olunan beynəlxalq
sərgilərdə fəal iştirak etməli və məhsullarımızı beynəlxalq istehlakçılara
yaxından tanıtmalıyıq”, – deyə nazir qeyd edib.

“Ötən dövr ərzində dünyanın üzləşdiyi pandemiya və hal-hazırda davam edən
regional böhranlar qlobal qida təhlükəsizliyinin təmin edilməsində aqrar
ticarətin önəmini ön plana çəkib. Azərbaycan, həmçinin reallaşdırdığı Şərq-Qərb
və Şimal-Cənub nəqliyyat infrastrukturu layihələri sayəsində Avrasiyanın
etibarlı nəqliyyat-logistika qovşaqlarından birinə çevrilib. Bu layihələr
sırasında yer alan, illik yükdaşıma gücü 15 milyon ton olan Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istehsal etdiyimiz
aqrar məhsulların ölkələrimiz arasında və digər üçüncü ölkələrə daha tez və
təhlükəsiz daşınmasına imkan yaradır”, – deyə M.Məmmədov əlavə edib.

Source link