38f5a663-13af-4ec5-a4a6-5dbcf4551ab4..jpg

Mədəniyyət Nazirliyi Alagöz Salahovanın vəfatı ilə bağlı nekroloq yayıb

Baxış sayı: 589 dəfə baxılıb.

Mədəniyyət Nazirliyi Alagöz Salahovanın vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi rəssam, aktrisa Alagöz Salahovanın vəfatı ilə bağlı
nekroloq yayıb.

Nekroloqda sənətçinin həm rəssamlıq, həm də kinematoqrafiya sahəsindəki
fəaliyyətinə toxunulub.

Xatırladaq ki, Alagöz Salahova dünən gecə saatlarında 70 yaşında vəfat edib.

O, Xalq rəssamı Tahir Salahovun qızıdır.

Alagöz Salahova, həmçinin atası Xalq rəssamı Tahir Salahovun qəbirüstü
abidəsinin də ideya müəllifi olub. Abidənin gələn ilin əvvəllərinə hazır
olacağı təxmin edilirdi.

Alagöz Tahir qızı Salahova 1953-cü ildə Moskva şəhərində anadan olub.
Rəssamlıqla məşğul olmaqla yanaşı, Dantenin yubleyi (1978) filmində Sevil, Özgə
ömür (1987) filmində Tamilla, Bağlı qapı filmində (1981) Rəna obrazlarını
canlandırıb.

Alagöz Salahova 19 sentyabr 2023-cü ildə vəfat edib.

Source link