2222a12f-a006-4f1e-9660-fcdbcbf58dc9..jpg

Mədəniyyət Nazirliyi Azərbaycan rəssamlarının əsərlərinin xaricdə satılmasına münasibət bildirib

Baxış sayı: 1. 218 dəfə baxılıb.

Mədəniyyət Nazirliyi Azərbaycan rəssamlarının əsərlərinin xaricdə satılmasına
münasibət bildirib

“Elə rəsm əsərlərimiz var ki, onları dünyaya çatdırmaq lazımdır. Elə əsərlər
də var ki, öz fondumuzda saxlanılmalıdır”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Mədəniyyət komitəsi ilə
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai
dinləmələr zamanı Azərbaycanın məşhur rəssamlarının əsərlərinin xaricdə
satılması ilə bağlı məsələyə toxunan Mədəniyyət Nazirliyi Aparatının Hüquq
şöbəsinin baş məsləhətçisi Ülviyyə Fərəcova deyib.

Ülviyyə Fərəcova bildirib ki, rəsm əsərlərinin təqlidi çox böyük vüsət tapıb:

“Bilinmir ki, əsərin əslidir, ya surəti. Bu zaman milli təhlükəsizlik problemi
yaşayırıq. Düşünürəm ki, ölkəmizə, xalqımıza məxsus olan əsərlərə daha çox
diqqət edilməli və özümüzdə qalmalıdır”.

Source link