fb48ab8f-41e0-4887-9976-03db6b1f3ac8..jpg

Mədəniyyət Nazirliyi Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

Baxış sayı: 637 dəfə baxılıb.

Mədəniyyət Nazirliyi Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

Mədəniyyət Nazirliyi Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə
Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

Cixisyolu.com xəbər verir ki, başsağlığıda deyilir:

“Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət
komitəsinin sədri Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixində, 48 yaşında
vəfat edib.

Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz
Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya
fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor olan Qənirə Paşayeva uzun illər
media sahəsində fəaliyyət göstərib. 20-dən artıq elmi, publisistik kitabın,
bədii əsərin və yüzlərcə məqalənin müəllifidir. 20-yə yaxın sənədli filmin
ssenari müəllifi və baş məsləhətçisi olub. 2005-2012-ci illərdə Heydər Əliyev
Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2012-2015-ci illərdə “Odlar
Yurdu” Universitetində Siyasi elmlər kafedrasının müdiri vəzifələrində çalışıb.

Qənirə Paşayeva üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı
seçilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Pakistan
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya, Bosniya və
Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya,
Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova,
Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan,
Vyetnam, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü idi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Qənirə Paşayevanın
vəfatından kədərlənir, ölkəmizin mədəniyyət ictimaiyyəti adından mərhumun
ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”

Source link