Mədəniyyət Nazirliyi Yazıçılar Birliyindəki ev qalmaqalına münasibət bildirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfər yaradıcı
adama ev verilməsinə münasibət bildirib.
Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu məsələnin
Mədəniyyət Nazirliyinə heç bir aidiyyəti yoxdur.
“AYB müstəqil qurumdur və qərarlarını müstəqil şəkildə qəbul edir”, – qurumdan
vurğulanıb.
Qeyd edək ki, ötən həftə 21 nəfər yaradıcı adama ev verilib. Bu isə yazıçılar
arasında narazılığa səbəb olub. Onlar iddia edirlər ki, ev bölgüsü obyektiv
həyata keçirilməyib. Hətta 1-2 evi olan şəxslərə yenidən evlər verildiyi də
səsləndirilən iddialar arasındadır.
AYB katibi Elçin Hüseynbəyli açıqlamasında deyib ki, Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev kimi məsləhət bilibsə, evlər həmin
şəxslərə verilib.