e4ebce5e-5774-4e16-9ce0-190c1fce8f02..jpg

Mədəniyyət Nazirliyində yeni TƏYİNAT

Baxış sayı: 816 dəfə baxılıb.

Mədəniyyət Nazirliyində yeni TƏYİNAT

Mədəniyyət Nazirliyində kadr təyinatı olub.

Cixisyolu.com-ın məlumatına görə, bununla bağlı mədəniyyət nazirinin birinci müavini,
nazir səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb.

Əmrə əsasən, Aynur Nurəddin qızı Kərimova Mədəniyyət Nazirliyinin Media və
Kommunikasiya şöbəsinə müdir təyin olunub.

Mədəniyyət Nazirliyindən məlumat saytımıza təsdiqlənib.

Aynur Kərimova Bakı Dövlət Universitetində (BDU) jurnalistika ixtisası üzrə
bakalavr və magistr təhsili alıb.

O, müxtəlif illərdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının
müdiri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik
araşdırmalar departamentinin rəhbəri, “Barama Media”nın icraçı direktoru,
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Mətbuatla iş şöbəsinin müdiri kimi
fəaliyyət göstərib.

Source link