Mədəniyyət Nazirliyinin daha bir vəzifəli şəxsi işdən çıxarıldı: Prezidentdən
yeni təyinat – YENİLƏNİB
Prezident İlham Əliyev Səbinə Xalid qızı Hacıyevanın Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam
imzalayıb.
Bununla bağlı Mədəniyyət Nazirliyi məlumat yayıb.
17:10
Prezident İlham Əliyev Azad Məhyəddin oğlu Cəfərlinin Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında
Sərəncam imzalayıb.
Bununla bağlı Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, 45 yaşlı A.Cəfərli 2021-ci ilin fevralında sözügedən Xidmətin
rəisi təyin edilmişdi.
Xatırladaq ki, bu gün Prezidentin sərəncamları ilə nazirin birinci müavini
Vaqif Əliyev və nazir müavini Sevda Məmmədəliyeva işdən çıxarılıblar, Səadət
Yusifova Azərbaycan mədəniyyət nazirinin müavini təyin edilib.