f7aec8a0-db88-4c30-8889-1d1d7f064db1..jpg

“Mədəniyyət” TV 12 yaşında

Baxış sayı: 753 dəfə baxılıb.

“Mədəniyyət” TV 12 yaşında

“Mədəniyyət” kanalının yaradılmasından 12 il ötür.

Cixisyolu.com xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı
Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərən kanal 14 fevral 2011-ci
il saat 20:30-da yayıma başlayıb. “Mədəniyyət” kanalının əsas məqsədlərindən
biri Azərbaycan mədəniyyətinin dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya
mədəniyyət incilərini Azərbaycanda təbliğ etməkdir. “Mədəniyyət” kanalı ölkədə
təşkil olunan mədəniyyət tədbirləri ilə bağlı bütün layihələrin də eksklüziv
yayım hüququna malikdir.

“Mədəniyyət” TV 1 sentyabr 2014-cü ildə 16:9 təsvir formatlı yayıma keçib.

2018-ci il fevralın 14-dən 24 saatlıq yayım rejiminə başlayıb.

31 may 2021-ci ildən etibarən isə Azərbaycan Televiziyası, İdman TV və
“Mədəniyyət” kanalı HD yayıma başlayıb.

Böyük vəsait tələb edən bu proses Prezident İlham Əliyevin 2019-cu ildə
imzaladığı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar
Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər
haqqında sərəncamına əsasən həyata keçirilib.

Cixisyolu.com kollektivi “Mədəniyyət” TV-də işləyən həmkarlarını təbrik edir və
onlara bol-bol uğurlar arzulayır!

Source link