56a95099-da8f-45d9-9df6-8353aac6d43c..jpg

“MədəniyyətimİZ” layihəsi çərçivəsində növbəti görüş Akif Rüstəmov və Elbrus Vahidovla keçiriləcək – FOTO

Baxış sayı: 521 dəfə baxılıb.

“MədəniyyətimİZ” layihəsi çərçivəsində növbəti görüş Akif Rüstəmov və Elbrus
Vahidovla keçiriləcək – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai
Birliyinin təşkilatçılığı ilə Əməkdar mədəniyyət işçisi Akif Rüstəmov və
Əməkdar incəsənət xadimi Elbrus Vahidovla görüş keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə ümummilli
lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və “Heydər Əliyev İli”nə
həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutacaq görüşdə kino
xadimləri Azərbaycan mədəniyyətinin təbliği və inkişafı, müasir kino
sənayesində mövcud ənənələr, intellektual yanaşma, ssenari və rejissor işi,
sənətkar amili və ümummilli lider Heydər Əliyevlə bağlı olan zəngin
xatirələrindən bəhs edəcəklər.

Tədbir müddətində, həmçinin, “Azərbaycan mədəniyyətinin inkişafında Heydər
Əliyev amili”, “Milli kino sənətimizin inkişafı: çağırışlar, müasir yanaşma və
gənclərin rolu” və “Kinomuzun dünəni, bu günü, sabahı” mövzularında panel
müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində yaradıcı
gənclərin ifasında müxtəlif musiqi nümunələri təqdim ediləcək.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli”
çərçivəsində ümummilli lider Heydər Əliyevin fəaliyyətinin öyrənilməsi, habelə
ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını
artırmaqdır.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan
keçə bilərlər:https://shorturl.at/ehlDN

Source link