ad7e5d0d-1f22-4eca-a302-92df3570ca5d..jpg

“MədəniyyətimİZ” layihəsinin növbəti qonaqları xalq artistləri Fidan və Xuraman Qasımovalar olacaq

Baxış sayı: 470 dəfə baxılıb.

“MədəniyyətimİZ” layihəsinin növbəti qonaqları xalq artistləri Fidan və
Xuraman Qasımovalar olacaq

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin dəstəyi ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsinin növbəti
qonaqları Xalq artistləri Fidan və Xuraman Qasımovalar olacaqlar.

“İRƏLİ” İctimai Birliyinin Mətbuat Xidmətindən məlumat verilib ki, tədbir 17
oktyabr, saat 19:00-da Bakı Muğam Mərkəzində keçiriləcək.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr
olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilən görüşdə ulu öndər
Heydər Əliyevin peşəkar Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı
xidmətləri, milli vokal məktəbinin yaranması və klassik ifaçılıq üslubunun
təbliği, akademik pedaqoji fəaliyyət və peşəkar yanaşmanın tətbiqindən bəhs
ediləcək. Tədbir müddətində, həmçinin “Azərbaycan musiqi mədəniyyətinin
inkişafında Heydər Əliyev amili”, “Dünya opera sənətinin tədrisində inkişaf
perspektivləri” və “Dahi liderlə ən səmimi anlar” mövzularında panel
müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Görüşün bədii hissəsində Əməkdar artistlər Rəna Ağayeva və Nigar Məlikovanın
pianoda müşayiəti ilə Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər Fəridə
Məmmədova, Səbinə Əsədova, Aqşin Abdullayev və Akademik Opera və Balet
Teatrının solisti Fatimə Cəfərzadənin ifasında Azərbaycan və Avropa
bəstəkarlarının klassik əsərləri təqdim ediləcək.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli”
çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi,
habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını
artırmaqdır.

Görüşdə iştirak etmək istəyən gənclər buradan
qeydiyyatdan keçə bilərlər.

Source link