Mədinədə kilsə tikilir

Mədinədə kilsə tikilir

Baxış sayı: 2. 664 dəfə baxılıb.

Səudiyyə Ərəbistanı ilə Vatikan arasında bir neçə gün əvvəl imzalanan müqaviləyə görə, Mədinədə kilsə tikiləcək.

ÇıxışYolu.Com xəbər verir ki, Səudiyyə Ərəbistanı idarəçiliyi artıq Vatikanın Mədinədə kilsə tikməsinə razılıq verib.

Kilsənin Mədinənin hansı bölgəsində tikiləcəyi bəlli olmasa da, ibadətxananın Vatikanın iştirakı ilə tikiləcəyi dəqiqləşib.

“Səudiyyə Ərəbistanı ziyarətimdə yüksək səviyyəli idarəçilər və Səudiyyə kralı Salman bin Əbdüləzizlə görüşdüm. Ziyarətim əsnasında məktəblərdə müsəlman və qeyri-müsəlmanların yaxşı münasibətdə olduğunun, xristianlara ikinci sinif kimi davranılmadığının şahidi oldum.

Yaxınlaşmanın başlamasından məmnunluq duyuram. Səudiyyə rəhbərliyi ölkəyə yeni bir imic qazandırmağa hazırdırlar”, – Vatikan Dinlərarası Dialoq Dairəsindən fransız kardinal Cin-Luis Tauran bildirib.

www.ÇıxışYolu.Com